Ru
16:39 / 20 Yanvar 2023

43 yeni yoluxma - Daha 3 nəfər öldü

1487
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 169 nəfər müalicə olunaraq sağalıb, hazırda 378 aktiv xəstə var. Bu günə qədər 10 067 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 050, bu günə qədər isə ümumilikdə 7 468 434 test icra olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər