Ru
17:00 / 09 Mart 2023

İmtahan sualları türk dilindən tərcümə olunub? - DİM etirazlara cavab verdi

İmtahan sualları türk dilindən tərcümə olunub? - DİM etirazlara cavab verdi
Eye

Martın 5-də keçirilən buraxılış imtahanı abituriyentlər arasından kütləvi narazılığa səbəb olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.


Abituriyentləri bildirir ki, buraxılış imtahanlarındakı suallar anlaşılmaz olub:

“Azərbaycan dili və Riyaziyyat fənlərində suallar türk dilindən tərcümə olunmuşdu.

Başa düşməkdə çətinlik çəkdik, buna görə də həddən çox vaxt itirdik”.

Qeyd edək ki, narazı abituriyentlər həmin sualların nəticəsinin onların xeyrinə hesablanmasını tələb ediblər.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Bakupost.az -a açıqlamasında imtahanlarda hər hansı yanlışlığın olmadığını qeyd edib:

“İmtahanlarda istifadə olunan tapşırıqlarda hər hansı elmi-metodiki yanlışlıq aşkar olunmayıb. Hər bir tapşırıq qüvvədə olan dərsliklərə və proqrama uyğun tərtib olunub”.

Aynur
BakuPost


Şərhlər
  • İbrahimova Həvva

    QAZAXbirinci sixli

  • t.ədalət

    Hələ də türk dilinə xarici dil kimi baxan xainlər var.Məgər,eyni dil tərcümə olunur?Rusistlər pox iyi verən rus dilini sevən kimi,türklər də nicatımızı təmin edən dilimizi sevməlidirlər.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar