Ru
21:32 / 21 Yanvar 2022

5 yaşdan yuxarı uşaqlara “Pfizer” vurulacaq

1658
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Mütəxəssislər Qrupu 5-11 yaşlı uşaqlar üçün “Pfizer/BioNTech” peyvəndinin istifadəsini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, qurumdan verilən açıqlamaya görə, ÜST-ün məsləhət qrupu “Pfizer/BioNTech” peyvəndinin 5-11 yaşlı uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib. Uşaqlar üçün 10 mikroqram azaldılmış doza tövsiyə olunur ki, bu da 12 yaşdan yuxarı insanları peyvənd etmək üçün istifadə olunan dozadan üç dəfə azdır.

Eyni zamanda, ÜST-ün məsləhət qrupu yaşlılar və ya tibb işçiləri kimi risk altında olan şəxslər üçün ilkin peyvənddən 4-6 ay sonra koronavirusa qarşı buster dozanın vurulmasını tövsiyə edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər