Ru
21:22 / 16 İyun 2025

5 yaşlı uşaq yük avtomobilin altında qaldı

5 yaşlı uşaq yük avtomobilin altında qaldı
Eye

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.

Bakupost.az APA-ya istinadla, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid Sulxayev “Kamaz” markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar