Ru
20:54 / 16 İyun 2025

İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqladı
Eye

İranın ABŞ ilə danışıqları bərpa etməsi üçün İsrailin ölkəyə hücumları dayandırılmalıdır.

Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

"ABŞ danışıqları bərpa etmək istəyirsə, ilk növbədə İsrailin regional təcavüzünü dayandırmalıdır. İran müharibəni genişləndirmək niyyətində deyil, lakin öz torpaqlarına istənilən hücuma cavab verəcək", - Pezeşkian əlavə edib.

Ərdoğan da öz növbəsində bildirib ki, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqlar üçün vasitəçi olmağa hazırdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar