G7 liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) İsrail və İran arasındakı münaqişə ilə bağlı bəyanat layihəsi hazırlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "İsrailin səsi" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bəyanatda İsrailin özünümüdafiə hüququna malik olduğu qeyd olunub.
Həmçinin İranın nüvə silahı əldə etməsinə icazə verilməməli olduğu vurğulanıb.