Ru
09:59 / 19 Mart 2024

83 gündən sonra ilk dəfə görüntüləndi - FOTO

3571
Qarın əməliyyatından sonra saraya qapanan Uels şahzadəsi Keyt Middlton 83 gün sonra ilk dəfə görüntülənib.

Bakupost.az xəbər verir ki, övladları ilə paylaşdığı fotonun fotoşop olduğu üzə çıxdıqdan sonra üzr istəyən Uels şahzadəsinin aldadıldığı və depressiyaya düşdüyü iddia edilib. Hətta “Kate öldü” deyənlər də olub.

Britaniyanın “The Sun” qəzeti şahzadə Keyt və əri Şahzadə Uilyamla alış-veriş edərkən çəkilmiş görüntüləri dərc edib. Keyt alış-veriş zamanı sadə geyimdə və əri Uilyamla söhbət edərkən görüntülənib.

Qeyd edək ki, 42 yaşlı Keyt Middlton əməliyyatdan sonra 13 gün paytaxt Londondakı klinikada qalıb. İngiltərədə Analar Günündə Kensinqton Sarayı tərəfindən şahzadə Keyt və övladlarının fotosu təqdim edilib. Lakin beynəlxalq xəbər agentlikləri fotonun “manipulyasiya” olduğunu əsas gətirərək dərcdən çıxarıblar.





Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər