Ru
17:35 / 24 Oktyabr 2024

"ABŞ Azərbaycana təzyiq edir, amma İrəvana güzəşt olmayacaq" - Deputat

"ABŞ Azərbaycana təzyiq edir, amma İrəvana güzəşt olmayacaq" - Deputat
Eye

“Azərbaycan-Ermənistan münaqişəsi bitib, işğal olunmuş torpaqlar azad edilib. Ancaq ABŞ-da fəaliyyət göstərən erməni diasporu Azərbaycana təzyiq edilməsi üçün addımlar atır. Fikirləşirlər ki, ABŞ-ın Azərbaycana təzyiqi nəticəsində Ermənistan üçün güzəştli sülh əldə edə biləcəklər. Lakin bu, mümkün deyil".

Bunu Bakupost.az -a millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalıdır və beynəlxalq hüquqa əslanır:

"Ermənistan rəsmiləri də etiraf edir ki, Azərbaycan torpaqlarını işağldan azad edərkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanıb. İndi sülh üçün addımlar atılmalıdır. Ermənistan rəsmiləri yalan məlumatlarla sülhə hazır olduqlarını desələr də, Azərbaycanın konkret tələbləri var. Biz istəyirik ki, Qərbi Azərbaycandan qovulan azərbaycanlıların qayıdış hüququ təmin olunsun, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ləğv edilsin. Rəsmi Bakının sülhlə bağlı tələbləri beynəlxalq hüquqa əsaslanır və Azərbaycana sülh lazımdır".

Sevinc,
BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar