Ru
22:33 / 05 İyul 2025

ABŞ-da daşqınlar: Ölənlərin sayı 27-ə çatdı

ABŞ-da daşqınlar: Ölənlərin sayı 27-ə çatdı
Eye

ABŞ-nin Texas ştatında güclü yağışların səbəb olduğu daşqın qurbanlarının sayı 27-yə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Kerr dairəsi şerifinin ofisi xəbər verib.

Məlumata görə, ştatın mərkəzi hissəsində fəlakət zonasında təxminən 850 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı əməliyyatı davam edir.

Hazırda ölənlərin siyahısında 18 böyük və doqquz uşaq var. Yeddi nəfər, o cümlədən bir uşağın kimliyi hələ də müəyyənləşməyib. Xilasedicilər sel zonasında qalan qızlar şəhərciyindən 20 azyaşlının axtarışlarını davam etdirirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar