Los-Ancelesdə baş verən iğtişaşlar zamanı etirazçılardan biri Sovet İttifaqının bayrağından plaş kimi istifadə etməklə diqqət mərkəzinə düşüb.
Bakupost.az xəbər verir ki, onun fotosu sosial şəbəkələrdə sürətlə yayılıb.
Fotoda sovet bayrağını kürəyinə salmış kişinin digər etirazçılar tərəfindən təşkil olunmuş polis maşınlarının blokadasını izlədiyi görünür.
Xatırladaq ki, Los-Ancelesdə iğtişaşlar iyunun 7-də ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi tərəfindən qeyri-qanuni miqrantların müəyyən edilməsi məqsədilə keçirilən reyddən sonra başlayıb. Nəticədə etirazçılarla polis arasında qarşıdurma yaranıb. Həmin gün Kaliforniya ştatının qubernatoru xəbərdarlıq edib ki, ştat federal vergiləri ödəməkdən imtina edə bilər.
Lalə,
BakuPost
Tükənən Yer planetimizin Əhli(əksəriyyət)-cəmiyyəti adekvat-bərabər haqq-hüquq bölgüsünün qaçılmaz ədalət postulatını qəbul etməkdidir. K.Marksın nəzəri Kommunizmi *qara Kabus*, V.İ.Ulyanovun real Sosializmi heç də adi siyasi formasiyalardan biri yox, hələlik tarixin ən bərabər-ədalətli güclü Cəmiyyəti kimi tarixə qovuşmuş və nümunəsi real inkişafda olmaqdadır!