Tehran İsrailə qarşı cavab olaraq Yaxın Şərqdə ABŞ ordusuna hücum edərsə, Vaşinqton İranın bütün neft infrastrukturunu məhv edib, onu qlobal neft biznesindən sıxışdırmalı olacaq.
Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrehem deyib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı İranın nüvə proqramı obyektlərinə və hərbi hədəflərə zərbələr endirilib, bir neçə yüksək rütbəli hərbçi həlak olub.