Ru
01:37 / 14 İyun 2025

İsrailin zərbələri İranı diplomatiya yolundan geri döndərdi - Əraqçi

İsrailin zərbələri İranı diplomatiya yolundan geri döndərdi - Əraqçi
Eye

İran ABŞ ilə danışıqların yeni raundu üzrə Omanla məsləhətləşir, lakin İsrailin zərbələri Tehranı diplomatiya yolundan geri dönməyə məcbur edib.

Bakupost.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz omanlı həmkarımız Bədr əl-Busaidi ilə ABŞ hökumət rəsmiləri ilə danışıqların yeni raundunun keçirilməsinə dair məsləhətləşdik, lakin İrana hücum edən və hərbi rəhbərləri, akademik elitanı öldürən İsrailin hərəkətləri bizi diplomatiya yolundan geri dönməyə məcbur edir", - deyə Əraqçi hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar