Ru
00:07 / 14 İyun 2025

SON DƏQİQƏ: Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

SON DƏQİQƏ: Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI
Eye

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a təyyarədə olan sərnişin məlumat verib.

Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də, geri dönməli olub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan "J2 257" nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:

"Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək".

"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə şöbə rəhbəri əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar