Ru
12:08 / 08 Avqust 2024

“ABŞ Zəngəzur üzərində nəzarətini artırır” - Politoloq

“ABŞ Zəngəzur üzərində nəzarətini artırır” - Politoloq
Eye

“ABŞ-nin bu hərəkətləri bölgədəki bütün daşları tərpədib. Bu ölkə həmişə belə məqamlarda qoluzorluluq nümunəsi göstərir”.


Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından silahla dolu 2 hərbi təyyarəsinin Ermənistanın Zvarnots hava limanına gəlməsinə münasibət bildirərkən deyib.

O, hələ ki vəziyyətin tam aydın olmadığını, lakin ABŞ-ın Zəngəzur üzərində nəzarətini artırdığını bildirib.


Politoloq buna Rusiyanın elə də sərt reaksiya verməyəcəyini deyib:

“Rusiya daha əvvəlki kimi super dövlətdeyil. İndi bölgə baş verənlərə münasibət bildirəcək, amma hər halda sərt reaksiyasının olacağını gözləmirəm. Rusiyanın Ermənistanı cəzalandırması məsələsi çoxdan arxada qalıb”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar