Ru
09:48 / 29 Oktyabr 2026

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı -  YENİ KADR DƏYİŞİKLİYİ
Eye

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.

“Bakupost”un əldə etdiyi məlumata görə, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib (https://youtu.be/rboOChR9aJU?si=TBLC-OjQs4F0EENE).

Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.

Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Azər,
BakuPost

Fotoda Fərid İsrafilzadə

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar