Ru
18:10 / 10 Mart 2023

Atışmada yaralanan 3-cü şəxs haradadır? - "Land Cruiser" kimindir? - Yeni MƏLUMATLAR

18843
Bu gün Bakıda baş verən atışma ilə bağlı daha bir maraqlı detal üzə çıxıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı 2 deyil, 3 nəfər yaralanıb.

Qeyd edək ki, ilkin məlumatda da yaralananların sayının 3 nəfər olduğu açıqlanmışdı.

Bəs, atışma zamanı yaralanan üçüncü şəxs kimdir?

Bakupost.az -a daxil olan məlumata görə, həmin şəxsin hücuma məruz qalan Nicat adlı şəxslə birlikdə olduğu, yaralansa da hadisə yerində olanlar tərəfindən oradan uzaqlaşdırıldığı bildirilir.

Şahidlərdən birinin dediyinə görə, hadisə yerində ağ rəngli "Toyota Land Cruiser" markalı avtomobil də aşkarlanıb. Lakin onun hücum edənlərə, yaxud atəş açanların hədəf seçdiyi Nicat adlı şəxsə məxsus olduğu bəlli deyil.

Onu da qeyd edək ki, baş vermə forması və yeri hadisənin kriminal dairlərin haqq-hesab çürütmək cəhdinə dair görüntü yaradır..



Elnur
BakuPost


Həmçinin oxuyun:












Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər