Ru
20:21 / 31 İyul 2024

AYNA-dan "London" taksiləri ilə bağlı AÇIQLAMA

AYNA-dan "London" taksiləri ilə bağlı AÇIQLAMA
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər sosial mediada "London" taksilərinin kütləvi şəkildə istismardan çıxarılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, AYNA -dan ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edildiybildirilib.i

""LEVC TX4" London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək.

İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən "London" taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır. Bu avtomobillərin tamamilə yararsız hala düşməsilə bağlı fotolar bir neçə gündür sosial medialarda yayılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar