SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Kürdəmirdə baş tutacaq
Bakupost.az xəbər verir ki, İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Kürdəmir rayonunda vətəndaş qəbulu 13 iyun saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti, 22) baş tutacaq.
Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.