“Ekoloji problemlərlə mübarizə çərçivəsində benzin və dizel mühərrikli avtomobillərin sayının azaldılması, onların tədricən elektrik avtomobilləri ilə əvəzlənməsi bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə həyata keçirilir”.
"Bakupost" xəbər verir ki, bu sözləri Globalinfo.az-a nəqliyyat eksperti Yasin Mustafayev Azərbaycanda benzin və dizellə işləyən maşınlar yığışdırılacağı haqda danışarkən deyib.
Ekspert bildirib ki, “bu addımlar hazırda üzləşdiyimiz ekoloji problemlərlə bağlıdır:
“Digər tərəfdən, ənənəvi mühərriklərlə işləyən avtomobillər tədricən öz yerini yeni texnologiyalara verir. Elektrik avtomobilləri həm iqtisadi baxımdan daha səmərəli, həm ekoloji cəhətdən daha təmiz, həm də qiymət baxımından nisbətən əlçatan olur”.
Y.Mustafayevin fikrincə, elektrik avtomobilləri gələcəkdə ənənəvi avtomobilləri böyük ölçüdə əvəz edə bilər:
“Bunun üçün əsas məsələlərdən biri avtomobillərin bir dəfə enerji yükləməklə qət edə biləcəyi məsafənin artırılması, eləcə də sürətli enerji doldurma məntəqələrinin sayının çoxaldılmasıdır. Azərbaycanda müəyyən dövrdə elektrik avtomobillərinin idxalına gömrük rüsumu və ƏDV üzrə güzəştlər tətbiq olunub, hazırda isə həmin güzəştlər yenidən nəzərdən keçirilir. Bununla belə, cəmiyyətdə elektrik avtomobillərinin daha sərfəli nəqliyyat vasitəsi olması ilə bağlı fikir formalaşıb. Düşünürəm ki, qarşıdakı beş-on il ərzində daxiliyanma mühərrikli avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalacaq, onların yerini isə əsasən elektrik və hibrid avtomobillər tutacaq”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, 2060-cı ilə qədər avtomobil parkının tamamilə elektrik və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə keçirilməsi uzunmüddətli hədəf kimi mümkündür:
“Lakin bunun üçün elektromobillər əlçatan qiymətə olmalı, enerji doldurma məntəqələrinin sayı artırılmalı və vətəndaşlara güzəştlər tətbiq edilməlidir. Əhalinin böyük hissəsinin avtomobilini qısa müddətdə dəyişmək imkanı yoxdur. Buna görə də bu keçid mərhələli şəkildə həyata keçirilməlidir”.
Ekspert əlavə edib ki, köhnə avtomobillərə qoyulan məhdudiyyətlər nəticəsində yaşı 10 ildən çox olan avtomobillərin idxalı faktiki olaraq qadağan edilib:
“Eyni zamanda, köhnə avtomobillərin dövriyyədən çıxarılması üçün utilizasiya proqramı da həyata keçirilir. Köhnə avtomobillərin ölkə daxilində istismarına məhdudiyyət qoyulmasının əsas məqsədi vətəndaşları avtomobillərindən məhrum etmək deyil, onların daha ekoloji nəqliyyat vasitələrinə keçidi üçün real şərait yaratmaqdır”.
Qeyd edək ki, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində 2035-ci ilədək DYM donanmasının istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
Bunu hansı maymaq fikirləşibsə gəlsin otursun rayonda aya 300 manatla görüm neçə saat oturacaq sonra gedib belə qaydakar fikirləşsin. Sən özünü hansı inkişaf etmiş ölkələrlə müqayisə edirsən ay .... Sənin ölkəndə hələ də həftənin 4 gününün yarısı günün günorta çağı işıq söndürülür ömür boyu asfalt görməmiş yolların var. Sən hansı inkişafdan hansı müqayisədən hansı ekologiyadan danışırsan ay cın...
Boş boş danışmayın daxili yanmaya heçnə çatmaz elə deyirsiz onda heç bir qurumda daxili yanma olmasın aftobuslar ancaq elektriklə işləsin .
İnsanların əlində olan avtomobillərin çoxu ən azından 15-20 min arasındadır. Quldarlıq quruluşu deyil axı tutub alandan vətəndaşın əlindən alsan və yarı qiymətini verəsən. Bu bəyənmədiyiniz Avropa ölkələrində avtomobillər bazar qiymətinə əsasən utilizasiya göndərilir. Dövlət bunu edəcəksə , heç kimin haqqı yoxdur söz deməyə. Demək avtomobil motorları gömrük komitəsinin nəzarətindən keçməklə , müvafiq rüsumlar ödəməklə Azərbaycana gətirilir. Mator sıradan çıxanda, yığılması daha baha gəldiyindən hamı işlənmiş mator alır. Baş ağrısı bundan sonra başlayır. Oğul istəyir gedib qanuni yolla DİN DYP Xirdalandakı məntəqəsində qeydiyyata salasan. Yəni bu matorlar qaçaq yolla ölkəyə gətirilməyib, hamısı gömrükdə nömrələri qeydiyyata alınıb. DYP gömrük komitəsindən matorların qeydiyyat sənədini tələb edə bilər və onun əsasında həmin yeni qoyulmuş matorların normal qaydada avtomobillərə qeydiyyata ala bilər. Hardadır o xoşbəxtlik.....
Bu 30 ilə ancaq mümkün ola bilər.Azərbaycan yanacaq ixracatçısıdı və gəlirlərinin demək olar ki hamısı neft sektorundandı və ölkəmizin əhalisinin demək olarki 90% ından çoxu 1990 - 2000 il arası mersedesi sevirlər.Bu çox böyük rezonans doğurar yaxın 15 ildə olsa.!
VC ct üçbucağında yg