Bərdədə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.
Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bərdə-Tərtər yolunda baş verib.
Belə ki, hərəkətdə olan “KİA” markalı avtomobillə “Mercedes” markalı minik maşını toqquşub.
Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxıb.
Xəsarət alan şəxslər Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.