Ru
16:31 / 21 İyun 2022

Azərbaycanda daha bir məmur saxlanıldı - YENİLƏNİB

Azərbaycanda daha bir məmur saxlanıldı -  YENİLƏNİB
Eye

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.


Bu barədə Bakupost.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib: "Bu barədə əlavə məlumat veriləcək".


***

15:21



Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.



Bakupost.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.


Əməliyyat çərçivəsində "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.


Hazırda "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar