Ru
19:39 / 01 Oktyabr 2024

Azərbaycanda əhali yenidən siyahıya alınacaq

Azərbaycanda əhali yenidən siyahıya alınacaq
Eye

Azərbaycanda əhalinin növbəti - dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar