Ru
20:00 / 13 İyun 2022

Azərbaycanda tələbələr etiraza başlayır - Dövlət imtahanı ilə bağlı narazılıq böyüyür

3552
“Məlum olduğu kimi, artıq neçə həftədir ki, Azərbaycan ali və orta ixtisas təhsil müəssisələrində buraxılış kursunda olan tələbələr dövlət imtahanının keçirilməsi ilə bağlı haqlı etiraz edirlər. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bildiriblər ki, pandemiya səbəbindən dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçirilib. Buna baxmayaraq, onlar dövlət imtahanı verməlidirlər. Bu düzgün qərar deyil. Ali təhsil müəssisələrinin rəhbərləri də məsələ ilə bağlı tələbələrə dəstək olmur. Əksinə deyirlər ki, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Hesab edirəm ki, bununla da bəzi ali təhsil müəssisələrinin rəhbərləri ölkədə konkret tələbə tətilinə çalışırlar”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.


Ekspert bildirib ki, təhsil aldıqları 4 ilin iki ili pandemiya dövrünün sərt karantin zamanına təsadüf etdiyi üçün distant "təhsil alan" tələbələr haqlı olaraq yekun attestasiya-dövlət imtahanının ləğv olunmasını tələb edirlər, amma bəzi ali təhsil müəssisələrinin rəhbərləri, aidiyyəti qurumlar onların bu tələbinə məhəl qoymayaraq görməzdən gəlirlər. Ona görə də artıq tələbələr tətil etmək qərarına gəlib, gizli təşkilatlanırlar:




“Yəqin ki, bu həftə ərzində onlar mitinqə cəhd edəcəklər. Belə olan halda tələbələri dövlətə qarşı çıxarmaqda maraqlı olan qüvvələr arzularına çatmış olacaqlar. Bu da azmış kimi düşmən ölkələrin, eləcə də xaricdə oturub ermənidən maliyyələşən, sapı özümüzdən olan baltaların əlinə hüquq və azadlıqlar mövzusunda dəlil veriləcək. Görünür, maraqlı qüvvələr nə istədiklərini bilirlər. Gec olmadan aidiyyəti qurumlar doğru qərar verməlidir”.


Sevinc
BakuPost
Şərhlər
  • t.ədalət

    Dövlət imtahanı rüşvət toplamaq üçün bir bəhanədir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər