Bir neçə gündür Qəbələ yenidən diqqət mərkəzinə düşüb. Şəhərin siyasi və inzibati əhəmiyyətinin artırılması ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə son bir həftə ərzində Prezident İlham Əliyevin xarici qonaqları məhz burada qəbul etməsi müzakirələri daha da artıb. Paytaxtın köçürülməsi konteksində sözügedən məsələnin gündəmə gəlməsi Bakının tıxacdan və başqa yüklərdən azad edilməsi planının olub-olmadığını da aktuallaşdırıb.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Qəbələnin, yaxud Ağdamın ikinci paytaxt elan edilməsi mükəmməl bir addım olar:
“Lakin proses gecikir. Bu məsələ ilə bağlı qəti qərarın verilməsi daha düzgün olardı. Görünür, dövlət səviyyəsində müəyyən amillər nəzərə alındığı üçün hələ ki, bu istiqamətdə hansısa məsələlərə aydınlıq gətirilmir”.
Deputat bildirib ki, Bakıda yaranmış tıxac probleminin həlli məhz bu yanaşmadan, yəni ikinci paytaxt seçilməsindən keçir:
“Şəhərin mövcud vəziyyəti bu istiqamətdə daha ciddi düşünməyi zəruri edir. Çünki vaxtında həll olunmayan məsələlər sonradan daha böyük xərclər və gecikmələrlə nəticələnə bilər. Bu baxımdan, belə bir yanaşma gündəmdədirsə, onun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğundur. Çünki Bakı həddindən artıq yüklənib, tıxaclar, ekoloji gərginlik ən yüksək səviyyədədir. Paytaxtın başqa ikinci bir şəhərə köçürülməsi, həm də o regionda yeni iş yerlərinin açılmasına, eləcə də investisiya axınına şərait yaradar”.
Yalnız Qəbələ.Sərhədlərdən uzaq.Təbiəti Allahın neməti.Boş yerə Qafqaz Albaniyasınln paytaxtı olmayıb.
Mən Kürdəmir deyərdim, çünki sərhədlərdə bir az uzaq olar,bir də gördün ermənilər,farslar başladı.Ona görə təhlükəsizlik baxımından Kürdəmir.Həm də Bakı nə gündədir, kanalizasiya yox,yollar pis gündə,fasilələrlə su təchizatı, ümumiyyətlə paytaxtliqdan cıxsa Bakı batacaq, onsuz da batıb.
Paytaxt köçürülsə gözəl olar ya Qəbələ ya da Gəncəyə
Mərkəz Kürdəmirə düşür, ona görə paytaxt ora olmalıdır ))) Niyə ancaq səfalı yerlərin adını çəkirsiz? Gəlin çöllüyü gülüstan edək
Ağdam olmalıdır başqa variant yoxdu
Sərhədə çox yaxın edib daha tez uşgal etmək üçün hazırlayın.Olan şəhərlərin qeydinə qalmış ki nəsə yeni paytaxt da fikirləşirdim!?
Paytaxt ortada olmalıdı, aran zonasında olsa hər tərəf inkişaf edər. Qəbələ və Agdam onsuzda inkişaf edir, aran zonaları isə yox. Həmdə təhlükəsizlik baxımından da yaxşı olardı
Paytaxtın harda olub olmaması vacib deyil. Məsələ Burdadır ki,camaatın işi gücü Bakıdadır.Bakının Şəhər yox kənd adlandırsaz da, prablem həll olunmur
Bir aydan çoxdur yağan yağışın yaratdığı fəsadlar hələ də aradan qaldırıla bilməyib asfalt döşəmələr yaman gündə bunlar ikinci paytaxt axtarırlar! Prezident Bakıda olmasa bu şəhər də əsl Xaos yaşanar yenə ondan bir az çəkinir aidiyyatı qurumlar!
Paytaxt olaraq Gəncə seçilməlidir.
Məncə Ağdam gözəl təklifdir. Sıfırdan yığılan planlı qəhər. Və birdə ermənilər Qarabağa iddia etməsin. He birde paytaxt ölkənin mərkəzində olmalıdır sərhədində yox.
Azərbaycanın yeni paytaxtı Xankəndi olmalıdır.
Ay Fazil Mustafa Bakı ona görə yüklənib ki ,əyalətlərdə yaşayışa şərait yoxdur....Siz rayonlarda iş və yaşayış şəraiti yaradın görü Bakı boşalır ya yox...Yəxsa ikinci ,üçüncü paytaxt.....çox gülüncdür...
Ərazisinə görə İsmayıllı rayonu respublikada 4 cu ən böyük rayonlarından biridir. Çox gözəl olardı ki İsmayıllı rayonu Azərbaycanda Paytaxt elan olunsun. Və beləcədə Bakı tıxaclardan azad olunar. İsmayıllıda böyük ərazilərdə böyük hündür mərtəbəli binalar və bir neçə ali təhsil ocaqlarıda salına bilər. İsmayıllı rayonu Azərbaycanın hər bir istiqamətlərinədə eyni vaxtda gediş gəlişdə rahatdır
Binəqədi rayonu. Ceyhun Hacıbəyli küçəsi bina 64 qəzalı vəziyyətdədir gəlin maraqlanan yoxdur. İnsallah tez biz zamanda bu binanin sökülmesinə qərar verilər.