Ru
21:59 / 07 Oktyabr 2026

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı -  FOTO
Eye

37 yaşlı Rusiya vətəndaşı Türkiyədə paraşütlə uçarkən ölüb.


"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, Aleksandr Kişenet təlim üçün Fethiye bölgəsinə gəlib. Səhər o, təxminən 1900 metr yüksəklikdə yerləşən Babadağ buraxılış meydançasına qalxıb və təkbaşına uçuşa başlayıb.


Havaya qalxdıqdan qısa müddət sonra kişi naməlum səbəblərdən qayalara çırpılıb. O, hadisə yerində ölüb.


Cəsəd morqa aparılıb. Türkiyə hüquq-mühafizə orqanları qəzanın səbəbini araşdırır.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar