Çeçen siyasətçi və hüquq müdafiəçisi Ruslan Kutayev Rusiyada Azərbaycan və azərbaycanlılara qarşı artan təzyiqlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.
O, həm çeçen xalqına, həm də Rusiya cəmiyyətinə səslənərək, bu cür ayrı-seçkilik və təxribatlara qarşı susmamağa dəvət edib. R.Kutayev Rusiyada yaşayan müsəlmanlara, eləcə də ruslara müraciətində onları azərbaycanlıları "Rusiyadakı cinayətkar rejimin hücumlarından" qorumağa çağırıb.
Aysel,
BakuPost