Ru
17:45 / 11 Mart 2022

“Bakcell”in yeni konsept mağazası Bərdədə - FOTO - VİDEO

“Bakcell”in yeni konsept mağazası Bərdədə  -  FOTO - VİDEO
Eye

Bərdə şəhərində “Bakcell”in yeni konsept mağazası açılıb. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni mağaza tam olaraq müştəri yönümlü yanaşma üzərində qurulub.

Bakupost.az xəbər verir ki, Bərdə şəhəri,Ü.Hacıbəyli küçəsində (Hərbi Polis idarəsi ilə üzbəüz) yerləşən mağaza özündə müştəri xidməti və satış funksiyasını birləşdirir. Burada Bərdə sakinlərinə şirkətin məhsul və xidmətlərinin tam çeşidi ilə yanaşı, mobil nömrələr və aksessuarlar təklif edilir.

Qeyd edək ki, bu, “Bakcell”in Azərbaycanın regionlarında açılmış ikinci konsept mağazasıdır. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar