Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu - VİDEO
10111
Sosial şəbəkələrdə paytaxtın 212 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdinin salto vurmasını əks etdirən görüntülər yayılıb. Məktəb rəhbərliyindən verilən məlumata görə, həmin şagird davranış qaydalarını mütəmadi olaraq pozur.
Bakupost.az xəbər verir ki, mövcud problemlə bağlı məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilərək dəstək tədbirləri görülüb. Lakin valideyn dəfələrlə məktəbə dəvət edilsə də, hələ də müsbət nəticə əldə olunmayıb. Bəs yeniyetmələrdə müşahidə olunan bu cür aqressiv və qeyri-adekvat davranışların əsl səbəbləri nədir?
Psixoloq İlahə Dadaşovanın sözlərinə görə, davranış pozuntusu məktəbdə deyil, ailədə formalaşır:
"Hər bir yeniyetmədə özünütəsdiq istəyi olur. Bir çox yeniyetmələr bu istəyi neqativ fəaliyyətlərə yönəldirlər. Çox vaxt buna səbəb natamam ailə quruluşu və valideynlərin uşaqlara qarşı diqqətsizliyidir. Çünki davranış pozuntusu məktəbdə deyil, məhz ailədə formalaşır. Biz davranış pozuntusu olan uşaqların davranışlarını korreksiya etməklə yanaşı, həm də onların gizli qabiliyyət və bacarıqlarını tapıb üzə çıxarmalıyıq. Unutmaq olmaz ki, yeniyetməlik dövrünün tipik xüsusiyyəti sosial həyatda status qazanmaq və yer tutmaq cəhdidir".
Sosioloq Mail Yaqub isə bildirib ki, bu gün yeniyetmələrə ən güclü təsir edən amil sosial şəbəkələr və oradakı bəzi şəxslərin anormal hərəkətləridir:
"Uşaq və yeniyetmələr orada nəyi görürlərsə, onu da mənimsəyir, öz hərəkətlərində əks etdirirlər. Hazırda sosial şəbəkələr yeniyetmələrin və uşaqların əxlaqına, davranışlarına sanki düşmən kəsilib. Bu məsələdə həm valideynlər, həm də məktəbdəki müəllimlər maksimum dərəcədə həssas olmalıdırlar".
Şərhlər
Bəhi
Kərimova şərhi ilə razılaşmamaq, uşaq və insana zəkasız-düşüncəsiz məxluq-*canlı robot*, ya Hitlerin *Fərqli insan düşüncəsinə ağır işğəncə!* düşərgə cəmiyyətinə rəvacdır! Məktəb və Psix oloq məktəbliyə yozduqları diaqnoza əmindirlərsə, nədən onu hərəkətlərinə uyğun məktəbə təklif etmirlər?
Yusifov Maksim
Mən Kərimova ilə razıyam! Daha yaxşı olar ki,məktəb rəhbərıiyi bu uşağı düzgün tərəfə yönəltməlidir. Bu hərəkətə görə valideyinləri qinamaq düzgün deyil.
.Nizami Aliev
Это, показатель кто мы есть на данный момент истории ...
Kərimova X.
Bu uşaq başqa nə edibsə bilmirəm, ancaq salto vurmaq hər usağın hünəri deyil və 15 yaşlı usagın bunu nümayiş etdirmək istəyi onun tərbiyəsizliyi ə dəlalət eləmir. O kiminləsə dalaşmır, nəyisə dağıdıb, sökmür, əxlaqdan kənar sözlər demir, öz idman bacarığını idman zalında deyil, sinifdə göstərir, hamısı bu qədər.