Bakı-Tiflis qatarının fəaliyyətini 26 mayda bərpa edəcəyi ilə bağlı məlumat rəsmi təsdiqləndikdən sonra bu sual sosial şəbəkələrdə aktiv müzakirə edilir: bilet neçəyə olacaq?
Bakupost.az xəbər verir ki, bununla bağlı öz fikirlərini nəqliyyat eksperti Elməddin Muradlı da paylaşıb.
“Bakı-Tiflis qatarının yenidən fəaliyyətə başlamasını hamımız arzu edirik. Amma bu məqamlara diqqət edək və tələsməyək:
Birincisi, Bakı–Tiflis marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır. Burada həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları birlikdə nəzərə alınır.
Xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir. Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir.
İkincisi, Bakı–Tiflis reysi üzrə bilet qiymətləri, bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən məzənnə dəyişikliklərindən də asılı olur.
Təxmini hesablamalara görə, biletin qiyməti 80-100 manat aralığında olacaq. Çünki gürcülərdə infrastruktur bahadır”, - o qeyd edib.
Asena,
BakuPost
ADDY idarəsinin rəhbəri ve məsul işciləri "BÜDÇƏNİ" artirmad ücun türsətdən səmərəli istifadə etdi.
Bədirində insafsızdar.bəs rusitaya necə ?
Ay mənim dözümlü xalqım biz axı dözümlü xalqığ yanı ki qığıq qığ ona görədə bunada dözmək lazımdır yoxsa bunu bağlasalar samalyot atamızı yandıracaq məsələn mənə sərf edir 100 gürcüstana 100 də ordan afdobusla rassiya yoxsa tək samalyot 400 mantdır burdan 200 manat qabağam sən canın kim getmirsə nəsə deməsin biz dözümlü xalq olaraq dözməyi xoşlayırıq ????
Avropada eyni məsafəyə olan biletlər, 57 manatadı. ALLAH insaf versin sizə ay görməmiş məmur toplumu.
Çox bərbat,bu ne qiymetdir!elebilki italyaya fıransaya gedir bu qeder baha olmamalıdır qiymetler
Bakı-Tiflis qatar reysinin bir bileti 81₼-dır Bu 5 nəfərlik ailə üçün gedib qayıtmaq 810₼ edir Hələ üstəlik yataq tipli reysdir Başının üstündə xoruldayan adamdan yatmaqda olmur Sərhədi açsalar benzin pulunu verib maşınla gedərdik Bilsəydik ki qiymət belə olacaq Heç açmazdılar ondansa Tramvayı açmaqla məşğul olun
2020ci ilde yanvar ayinda 2 böyük 1 uşaq gediş-geliş 200 aznye almişdiq bileti. Yaddaşim alsatmirsa 40 azn böyük 20 azn uşaq idi
Allah sizə vicdan versin utanırlar,qızarırlar heç
Tepelerine dəysin bunların qatarları belə qiymətmi olar ən azından herkes bilirdiki gediş gəliş yoxdu sakit durmuşduq indi yetim sevindirən kimi qatar yolunu acdılar ama qiymət çox bahadı 50manat maksimum qiymət olmalıydı ki herkese sərf etsin hələ bunun səyahət sığortasıda var taa denen yıxıl ölde yaşama
BİRAZDAN BAQAJ ÜÇÜN DƏ KQ. PULU CİXAJAQ ...
Daaa samalyotnan gederik 50 deqiqeye.takka tarak 12 saata yox.
Tam obyektiv yanaşsaq, hazırkı məlumatlara görə Gürcüstan tərəfdə dəmir yolu infrastrukturu daha bahalı və saxlanılması daha çətin hesab olunur. Amma bu “Azərbaycan ucuzdur” demək deyil — sadəcə Gürcüstanın coğrafiyası və texniki şəraiti xərcləri artırır. Səbəblər: Gürcüstanda dəmir yolu əsasən dağlıq ərazilərdən keçir. Tunellər, körpülər, sərt yamaclar çoxdur. Bu isə texniki xidmət və enerji xərclərini artırır. Tbilisi–Batumi və BTK xəttində son illərdə milyard dollarlıq modernizasiya layihələri aparılıb. Gürcüstan hökuməti və beynəlxalq maliyyə qurumları böyük investisiya qoyub. Gürcüstan dəmir yolunda bəzi hissələrdə dar keçidlər və “bottleneck” problemləri var, buna görə yük və sərnişin daşınması daha baha başa gəlir. Azərbaycan tərəfdə isə rels şəbəkəsi daha düz relyefdədir və Bakı–Gəncə istiqaməti texniki baxımdan daha rahat idarə olunur. Azərbaycan da böyük investisiyalar edib, amma saxlanma xərci Gürcüstan qədər ağır deyil. Bir vacib detal: Bakı–Tbilisi sərnişin qatarında ən bahalı hissələrdən biri məhz Gürcüstan seqmenti və sərhəd əməliyyatları sayılır. Buna görə ekspertin “gürcülərdə infrastruktur bahadır” fikri ümumilikdə reallığa yaxındır. Amma qiymətin 80–100 manat olması təkcə infrastruktura görə deyil: beynəlxalq tarif sistemi, İsveçrə frankı ilə hesablaşma, sərhəd xidməti, vaqon servisi, lokomotiv dəyişməsi, tranzit rüsumları də qiymətə təsir edir.
Çox bahadır Allah sizə insaf versin
Başınıza dəysin tarifiniz. 9 saat yola 100 manat, biabırçılıqdır bu!!!!!!!!!
ne gozel fikirlewmisiz bu gediw haqqini. kasib insanlari axirki duwunen oldu.