Ru
09:15 / 12 Sentyabr 2023

Bakıda 500 manatlıq “Range Rover”i oğurlayıb qaçdı - VİDEO

Bakıda 500 manatlıq “Range Rover”i oğurlayıb qaçdı - VİDEO
Eye

Bakıda binadan uşaq maşını oğurlayan şəxs kameralara düşüb.

Bakupost.az –ın məlumatına görə, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovski 32/15 ünvanında baş verib.

Dünən axşam 19:00 radələrində 7 mərtəbəli yaşayış binasına daxil olan şəxs evin qapısının qarşısından 500 manatlıq uşaq maşınını götürərək qaçıb.


Uşağın valideyni hesab edir ki, oğru onları təqib edib:

"Bizim dalımızca gəlib. Maşını qapının ağzında qoyub içəri keçdik. Heç beş dəqiqə keçmədi ki, maşını oğurladı".


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Nurlan Əliyev Bakupost.az -a bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır.


Həmin görüntüləri təqdim edirik:




Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar