Ru
15:35 / 06 İyun 2025

Bakıda insanları ən çox öldürən xəstəliklər - SİYAHI

Bakıda insanları ən çox öldürən xəstəliklər - SİYAHI
Eye

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb.


Bakupost.az xəbər verir ki, Modern.az saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatda deyilir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.

Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.

İlk "3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.

Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

1. Yenitörəmələr (xərçəng şişləri)
2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri
3. Sinir sisteminin xəstəlikləri
4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri
5. Həzm sisteminin xəstəlikləri
6. Tənəffüs sisteminin xəstəlikləri
7. Bəzi infeksion və parazitar xəstəliklər
8. Perinatal dövrdə meydana çıxan bəzi hallar
9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar