Ru
19:48 / 16 Dekabr 2021

Bakıda möhtəşəm sərgi: 100 min kitab bizi gözləyir - VİDEO

3916
Ötən gündən Bakı İdman Sarayının əsas zalında Milli Kitab Sərgisi və Qastro Bazar fəaliyyətə başlayıb.

Sərgiyə Azərbaycanın yüzlərlə nəşriyyat və kitab mağazaları, həmçinin, rəssamlar, musiqiçilər, xalq sənətkarları, əl işi ustaları və s. qatılıb.

Kitablarla yanaşı, bu sərgidə oyun və oyuncaqlar, məktəb ləvazimatı, fanatlar üçün özəl məhsulların (Harri Potter, K-POP və s.) da satışı həyata keçirilir.

100 mindən çox kitabın toplandığı sərgidə 40 000-dən çox insanın qatılacağı gözlənilir.

Hər gün 10:00-19:00 arası fəaliyyət göstərən sərgi 21 dekabr tarixinə qədər davam edəcək.

Bakupost.az Qaynar TV-nin sərgidən hazırladığı reportajı təqdim edir:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər