Ru
09:39 / 20 Sentyabr 2022

Bakıda keçmiş polis xəstəliyinə görə özünü öldürdü

Bakıda keçmiş polis xəstəliyinə görə özünü öldürdü
Eye

Bakıda keçmiş polis əməkdaşı intihar edib.


Bakupost.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, vaxtilə Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov ötən gecə yaşadığı evdə özünü asıb.

İlkin ehtimalallara görə, onun intiharına səbəb xəstəliyi olub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar