Ru
19:29 / 12 Sentyabr 2024

Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş

Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş
Eye

Bakıda qatarın vurub öldürdüyü qadının kimliyi bilinib.

Bakupost.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 15 yaşlı Mədinə Məmmədlidir.

Onun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.

Xatırladaq ki, hadisə dünən Bakı-Pirşağı-Sumqayıt qatar reysinin Zabrat qəsəbəsindən keçən hissəsində baş verib. Sürət qatarı hərəkətdə olarkən qatar yoluna qəfil çıxan bir qadını vurub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar