Ru
16:22 / 01 Avqust 2024

Bakıda ticarət mərkəzində yanğın - Zəhərlənən var - Yenilənib-FOTO

Bakıda ticarət mərkəzində yanğın - Zəhərlənən var -  Yenilənib-FOTO
Eye

***

14:54


“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb


Bakupost.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.


***
15:12

Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

Bu barədə FHN məlumat yayıb.


***
16:22


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.


Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.


Bakıda ticarət mərkəzində yanğın - Zəhərlənən var -  Yenilənib-FOTO
Bakıda ticarət mərkəzində yanğın - Zəhərlənən var -  Yenilənib-FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar