Ru
10:48 / 15 İyul 2025

Bakıda uşaq peçenyesinin içindən, görün, nə çıxdı - FOTO

Bakıda uşaq peçenyesinin içindən, görün, nə çıxdı - FOTO
Eye

Bakıda uşaq peçenyesinin içindən dəmir parçası çıxdığı iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Mirəli Süleymanov adlı valideyn paylaşım edib.

O, məhsulun “Bolluq LTD” MMC-yə məxsus olduğunu bildirib.

Şikayətçi həmin peçenyeni azyaşlı övladı üçün aldığını, lakin uşağa verməzdən əvvəl içərisində dəmir parçası olduğunu aşkar etdiyini deyib.

“Bu məhsul "Bolluq LTD MMC"-yə məxsus uşaqlar üçün peçenyelərdir. Yaxşı ki, uşaq yemədən içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”, - valideyn bildirib.

Məsələ ilə bağlı "Bolluq LTD MMC"-yə müraciət etdik. Məsələni araşdırıb məlumat verəcəklərini bildirdilər.

Lalə,
BakuPost






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar