Ru
14:31 / 29 Avqust 2024

Bakının mərkəzində 3 velosipedçi rejissoru vurub qaçdı

Bakının mərkəzində 3 velosipedçi rejissoru vurub qaçdı
Eye

Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi vurub.

Bakupost.az 1news.az-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib.

Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırıb.

Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib.

Onun sözlərinə görə, hazırda Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.

Bakının mərkəzində 3 velosipedçi rejissoru vurub qaçdı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar