Ru
19:41 / 04 İyun 2024

Başçı müavinindən texnika istədi, mübahisə etdi - 50 manat cərimələndi

Başçı müavinindən texnika istədi, mübahisə etdi - 50 manat cərimələndi
Eye

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin qəbuluna gələn şəxs saxlanılıb.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1959-cu il təvəllüdlü fermer Tahir Zamanovun (şərti) saxlanılmasına səbəb icra başçısının müavini Arif Allahverdiyevin ondan şikayətçi olmasıdır.

Belə ki, fermerin Qəbələ rayonu, Kötüklü kəndində fındıq bağlarını su basıb. O, torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü icra başçısının müavininin qəbuluna gedib.

Arif Allahverdiyev fermerin istəyinə "yox" cavabı verib. Lazım olan texnikanı ala bilməyən fermer Arif Allahyarovla mübahisə edib.

Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 50 manat cərimə edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar