Ru
17:39 / 22 Aprel 2025

"Bayramdan qayıdanda gördüm evimi yerlə-yeksan ediblər" - VİDEO

"Bayramdan qayıdanda gördüm evimi yerlə-yeksan ediblər" - VİDEO
Eye

Yasamal rayonu, Əhməd bəy Zivərbəyov küçəsində illərdir yaşadığı sənədli, 1otaqlı evim “RR Construction” tərəfindən qanunsuz olaraq sökülüb.

Bu barədə Bakupost.az -a evin sahibi Sevil Qaragözova bildirib.

O deyib ki, şirkət söküntü üçün heç bir icazə sənədi olmadan evi yerlə-yeksan edib:

""RR Construction" mənzilimiz söküləndən sonra bizi mənzillə təmin edəcəyinə söz versə də, buna əməl etmədi. Hazırda kirayədə qalıram".

S.Qaragözova deyir ki, aidiyyəti qurumlara müraciəti isə nəticəsiz qalıb:

"Çıxarışlı, sənədli evimdən didərgin düşmüşəm. 36 kvadratmetrlik evimi 16 kvadratmetr hesablayıb mənə kvadratı 2000 min manat kompensasiya kəsiblər".

Maraqlısı da budur ki, FHN-dən şikayətçinin müraciətinə cavab olaraq bildirilib ki, evi sökmək üçün qurumun icazəsi yoxdur.

Məsələ ilə bağlı “RR Construction”ilə əlaqə saxladıq, suallarımıza cavab vermədilər.





Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar