Ru
16:10 / 16 Yanvar 2023

“Qaçqınlardan şəhər davranışı gözləmək düzgün deyil” – Deputat

16749
  • Xəbər verdiyimiz kimi, aktyor Bəhram Bağırzadə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa, urbanizasiya prosesini keçə bilməməkdə ittiham edib.

Onun bu fikirləri sosial şəbəkədə ciddi qınaq və müzakirələrə səbəb olub.


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Bəhram Bağırzadənin bu fikirləri rayon adamlarını alçaltmaq mənasında dediyinə inanmadığını bildirib:

"O bir çox səhnələrində əyalət insanlarını canlandırıb. İnsanları bu davranışına görə qınamaq olmaz. Əvvəllər şəhər əhalisi çox deyildi. İnsanlar şəhərə az-az gəlirdi və təbii ki, cəmiyyətə adaptasiya olurdu. Onu da deyim ki, şəhərlə kənd arasında elə də fərq yoxdur. Ola bilsin ki, şəhər insanları yaşadığı mühitə uyğun olaraq davranışlarında bir az başqa cür olurlar. Kənd insanları isə daha sərbəst, sadə, səmimi, bir az da açıqsözlü olurlar. Onlar əslində gəlib şəhər mühitinə çox gözəl də uyğunlaşır. Mən bu cəhətdən problem görmürəm. Sadəcə olaraq, bizim 20 % torpağımız işğal olundu. Bir milyona yaxın insan qaçqın düşdü. Onların çox hissəsi gəlib Bakıya, Sumqayıta yerləşdi. Bundan başqa Qərbi Azərbaycandan da xeyli insan Bakıya gəldi. Onlardan özlərini şəhər əhalisi kimi aparmalarını gözləmək düzgün olmazdı. Çünki həmin insanların nə şəraiti vardı, nə imkanları. Onları nə teatr, nə kitab düşündürürdü".

R.Nurullayevin sözlərinə görə, iş, çörək, oxumaq niyyəti ilə də rayonlardan xeyli insan Bakıya gəlib:

"Belə bir axın zamanı adaptasiyadan danışmaq mümkün deyildi. Ona görə də mən bu söhbətləri yersiz hesab edirəm".

Millət vəkil Razi Nurullayev bildirib ki, Bakı əslində 1,5 milyon əhali üçün nəzərdə tutulub:

"Amma Bakıda bəlkə də 3,5 milyona yaxın insan var. Burda şəhər və kənd mədəniyyətini problemə çevirmək olmaz. Heç kim Bakıda gəlib kirayə qalmaq, marşrutlarda saatlarla gözləyib, yarı ac, yarı tox dolanmaq istəməz. Onlar üçün kənddə yaşamaq daha rahat olardı. Amma kənddə həyat, iş varmı? Buna görə onları qınamaq olmaz. Bu, onların məcburi seçimidir. Onlara böyük hörmət və izzətlə yanaşmaq lazımdır. Onun dedikləri yersizdir. Bəhramın özü də Bakının kəndlərindən birindəndir. Amma yenə də inanmıram ki, Bəhram Bağırzadə bunu rayon, kənd adamlarını təhqir etmək baxımından deyib. Bu baxımdan insanlarımızı onun fikirlərini təhqir kimi qəbul etməməyə səsləyirəm".




Əfsanə Rəcəb
BakuPost

Həmçinin oxuyun:

Şərhlər
  • Gəncə

    Bəhram bəylədə , Razi bəylədə tam razıyam.Məndə kənd adamıyam.Amma mən qonaq getdiyim evdə ev sahibinin mənə hörmətini tərsinə başa düşürəmsə bu ən azından ədəbsizlik.tərbiyəsizlikdir.Şəhərdə anadan olub o qədər əxlaqsız,təbiyəsiz adamlar varki.Amma hər insan 1-ci özündən başlamalıdır.Gəlin hər birimiz elementar ədəb qaydalarına riayyət edək.

  • Ərəstun

    Bəhram tam doğru deyir.Onlar şəhərə yığan böyk səhv edib və şəhər mədəniyyətinə böyük zərbə vurub.Onıarı uyğun rayonlarda məskunlaşdırmaq doğru olardı.Bir baxın.Bakı nə günə salınıb.Onları rayonlarda məskunlaşdırmamaq şəhərin sifətini,şəhər davranışını kökndən məhv etdi.Şbhə edən şəhərə çıxıb baxsın.Əvvəlki münasibətlərdn, əsər əlamət qalmayıb.

  • Roma

    Razi Nurullayevin fikirləri ilə tam razıyam ki, şərait və mühüt bu məsələdə başlıca rol oynayır və hörmətli deputat onu da düzgün qeyd edir ki, inanmıram Bəhram Bağırzadə bunu rayon, kənd adamlarını təhqir etmək baxımından deyib...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər