Ru
12:22 / 14 Yanvar 2023

Hörmət qoymurlar... - Bəhram Bağırzadə rayondan gələnləri aşağıladı - VİDEO

22566
"Gənclər haqqında danışmaq istəyirəm. Bax, indi burada veriliş gedir. Zalda oturanlar o qədər də gənc deyillər. Onlar bilirlər ki, burada veriliş gedir, amma ucadan danışırlar. Hətta heç olmasa, hörmət qoymağı lazım hesab etmirlər. Əvvəllər bu hörmət var idi".

Bakupost.az xəbər verir ki, bu fikirləri jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin qonağı olan aktyor Bəhram Bağırzadə bildirib.

Aktyor regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib:

"Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", - deyə aktyor həm də gəncləri qınayıb.



Zaur
BakuPost
Şərhlər
  • Neriman Seyfeli.

    Cox kasib dushunce sahibidir, cesareti olsaydi kendden shehere axinin sebeblerinden danishardi, qalstuq baglamagi bacarmayanlari qalstuklu edib hakimiyyete kimlerin getirdiyinden danishardi.Behramin ureyince olardi ki. ruslar ynide n Azerbaycani ishgal etsin ve Baki yeniden russkoyazicnilar merkezine cevrilsin ve kendden gelenlere cushqa desinler; indi , qisaca deyirem- get telxekliyinle meshgul ol, sen giren kol deyil, sagliq olsun, Azerbaycanin yiyeleri tapilacaq!

  • Mehriban Qasımova

    Behram muellim siz beyem Bakilisiz? Medeniyyet rayonlu Baki olmaqla deyil. Sizin kimi medeniyyeti teblig edenlerin duzgun tebligat aparmamasindandi. Eger alimlik slyapa ile olsulseydi gobelek alim olmusdu. Gelin bu sohbetleri yigisdiraq. Ozumuzu icimizden dagidib menasiz sohbetler aparmayaq. Sizin titullariniz var. Eger xosunuza gelmiyen hallarla rastlasanda o adamlara iradlarinizi bildirseniz ictimayi qinaq deyilen bir sey var. Ele sesli kuylu adamlar bir muddetden sonra sehvlerin basa duser. Gelin bele sohbetleri etmeyek. Bildiyim qederi siz de eslen Ismayillidansiz. Ona gore nifaq evezine ozunuz dediyiniz kimi medeniyyet numayis eletdirin.

  • Şəhərdən kəndə gələnlər tezmi uyğunlaşır? Mənasız söhbətdir. Bəhram Bağırzadəyə ayıb olsun. Millə

    Şəhərdən kəndə gələnlər tezmi uyğunlaşır? Mənasız söhbətdir. Bəhram Bağırzadəyə ayıb olsun. Milləti gegionlara parcaladılar bəs olmadı, İndi də şəhərli kəndli söhbəti aparırlar.

  • Elgüc Allahyarov

    Bəhram поднял очень тонкую социальную проблему, где любое высказанное слово или мысль сопоставима хождением на острие лезвии. Спасибо ему за смелость. Но это - проблема не только нашего Баку, а всех крупных городов в период урбанизации. Не мы бакинцы должны кому-то что-то объяснять, показывать, ибо это прямая дорога к шовинизму. Власть наша ДОЛЖНА перенести дальнейшую урбанизацию на периферию нашей родины, с тем, чтобы развивалась вся страна, а не только агломерация Баку. К примеру, вывезти и раскидать все министерства и гос.комитеты из Баку в другие города страны, в результате выиграем мы все. Такая практика давно и успешно действует на Западе.

  • Низами Алиев.

    Гуjуjа су токмекле гуjу cу вермез ! Хам мал кеjфиjетлидир ,,амма харрат базарындан кечмеjиб ..

  • Sərvər Ağayev

    Bakılıların hamısı mədənidi bəyəm? Vicdanın olsun, rayonlulatı niyə təhqir edirsən?

  • Rüfət Həsənov

    Nədi aya bəhram rayondan gələn öz problemindədir sənin gic gic müsahibələrinə qulaq assın yoxsa .Səndə rayon kütləsinin arasından çıxıb indi rayon camaatını bəyənmirsən aktyor.

  • t.ədalət

    Ərazilərimizi rayon uşaqları qorudu.Bəhram Bağırzadə kimilər hələ də rusun xiffətini çəkirlər.O rusların ki bizi 20 Yanvarda,Qarabağda qətl etdilər.Bəli,bizim Bəhram Bağırzadədən fərqimiz odur ki,biz, Vətənimizi,Bəhram isə barmaqları ilə arxalarını silib divarda yazı yazan rusları.Onun konsertinə lənət olsun!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər