Ru
20:19 / 30 İyun 2025

Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - Dosye

Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - Dosye
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.

O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.

Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar