Azərbaycan Beynəlxalq Bankı bir müddət öncə böyük təbliğat apararaq, istifadəçilərinə onlayn qaydada sifarişlə və pulsuz olaraq təqdim etdiyi və ünvana çatdırdığı tam kartlarda növbəti dəyişiklik edib.
Bakupost.az xəbər verir ki, 2024-cü ildə ABB tam kart istifadəçilərinə ayda 15 min manata qədər köçürmə, nağdlaşdırma və digər əməliyyatlar üçün pulsuz xidmət təklif edərək, çoxsaylı istifadəçi toplaya bildi. Xidmətin üstünlükləri sırasında kartın pulsuz təqdim edilməsi, üstəlik ünvana çatdırılması da vardı. Həmçinin kart sifarişinin onlayn qaydada həyata keçirilməsi ABB tam kartını cəlbedici edirdi.
Qısa müddətdən sonra isə ABB aylıq pulsuz dövriyyəni 7 minə, bir neçə ay öncə isə artıq 3 min manata qədər məhdudlaşdırıb. Hazırda 3 min manatlıq limitdən sonra bütün nağdlaşdırma və köçürmə əməliyyatları üçün 1% tutulur, hətta karta pul yükləməyə də faiz alınır. Belə ki, tam karta pul yükləyəndə 0,5% tutulur.
Tam kartlar 5 il müddətinə deyilən şərtlər əsasında təqdim edilib. Bir ildən sonra ABB-nin şərtləri dəyişməsi və 5 il müddətinə təqdim etdiyi tam kartlarda pulsuz dövriyyəni azaltması heç də vətəndaş məmnunluğu yaratmır, əksinə, bu, vətəndaşları müxtəlif variantlarla ABB-yə cəlb etdikdən sonra onlara xəbərdarlıq etmədən və elan vermədən yeni qaydalar tətbiq etməklə istifadəçi hüquqlarının pozulması şübhəsi yaradır. Çünki bəzi istifadəçilər yeni qərarlardan xəbərsizdirlər və limiti keçməsinin fərqinə varmırlar, nəticə etibarilə bilmədən ABB-nin faiz tutulmalarına məruz qalırlar.
Asena,
BakuPost
Bu ABB nə desəniz edər,mən idmançıyam 2012 ci ildə London Yay olimpiya oyunlarına gedərkən,Cənab Prezidentin bizlərə verdiyi yol pulunu belə bizə kredit kimi yazan Bankdı.Qanun yox qayda yoxdur orda.Necə istəyirlər elədə edirlər.
Kapital bank ƏDV pullarını oğurlayır. Şikayət etdim, qaytardılar. Düzdür, 196 qaynar xəttində ƏDV pulundan çox kontur pulum silindi, sadəcə olaraq prinsipiallığıma görə sübut etdim. 196 qaynar xətti niyə pullu olmalıdır ? Elə buna görə coxları zəng edib, şikayət etmir.
Hamisi bir yerde meeeee meeeee :))) yada verin məhkəməyə, gaytarin kartlari ve tələb edin baqlasinlar vaxti bitməmiş kati!! Banklar karti acir xaricdə kreidt qoturur sonra sizin limiti azaldir amma nəticə de kredit kartin məbləği sizə verilmişdir sayilir, deposit olanlar çıxardın pullarinizi bankdan...alin dollar ve yiqin yastiqin altina az alish verish edin, yafa meeee meee etməyə davam edin
Xahiş edirəm dezinformasiya yaymayın. Bankın özünə aid ödəmə terminallarında karta mədaxilə heç bir faiz komisiya tutulmur. E-manat, milli ön, express pay, mpay kimi terminallarda tutulur bunu da ABB tutmur, ödəmə terminalı xidmət haqqı kimi tutur. Özümüz ədalət, ədalət, ədalət deyə bağırırıq bütün günü amma hərəkətlərimizdə, dediyimiz sözlərdə bunu əks etdirmirik. Qeyd: Mən ABB əməkdaşı deyiləm, sadəcə illərdir bu bankdan istifadə edirəm deyə texnik
Başqasını aldatma bizdə milli düşüncə və gündəlik həyat tərzinə çevrilir
ABB Fırıldaqçılıq edir kartlardan pul çəkirlər, Baykod etmək lazımdır. Millətimizə ziyan vururlar, aldadırlar.
Bu bank qədər şərəfsiz ikinci bir bank yoxdur. Düzdür Ombudsman aparatına Baş Prokurorluğ Ədliyyə nazirliyi nə məlumat verdim açığı nə maraqlanan oldu nədə şikayətimə baxan axırda kobud danışdığım Babək adında bir bank əməkdaşı ilə telefonda danışdıq o mənə dedi nə yaxşı mənlə mülayim danışırsınız məndə dedim heç sizin kimi ətraflı məlumat verəndə olmamışdı mənə əvəzində mənə dedi sizlə hər dəfə mən danışmışam.Bir sözlə çox sağ olsun mənə bildirdi ki digər bankın sizin əmək haqqı maaşından tutulması varsa icra vərəqəsini gətir təqdim et istənilən filiala köməklik olunacaq sizə. Bir sözlə hapı gupu olan dövlət qurumlarimiz kapitalizimdə bir bankın əməkdaşının göstərə biləcəyi kömək qədər 3 qurum (baş prokuror, ombudsman aparatı, ədliyyə nazirliyi az maz köməklik etdi açığı) bir bank əməkdaşı qədər vətəndaşına köməklik edə bilmədi ......
Tek o bank deyir ki kapital bankda eledi xeberdarliq hecne etmeden komissiya 0 edib öz pulunu cixardan 1 komissiya tutulub deyende yalandan deyir sms göndərilib, ancaq firildaqciliqdi bularinki.
Bəli çox doğru ifadə etdiniz
Necde yalanan miletin başın alladırlar 180 mnat psiya alım bir manda kiredit vermiler deyiler 75 yaşda kredit veriler mamamın 72 yaşı var olna vermiler