Əkrəmin Azərbaycan sevgisi, Elzanın şeirləri, 222 minlik təhdid və məhv edilmiş Kənan MM - VİDEO
500
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bkupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 13-cü buraxılışının yazılı variantını təqdim edir:
“Qarabağ” komandasının uduzmaqlığı...
– Mən futbol azarkeşi deyiləm, ona görə Azərbaycan futboluna soyuq nəzərlərlə, emosiyadan uzaq baxa bilirəm. Və baxanda həmişə yadıma saqqal darağı düşür. Məşhur bir Azərbaycan deyiimi var: guya var hər yarağımız, bircə əskikdi saqqal darağımız. Guya ölkədə hər şey yaxşıdır, bir o qalıb ki, gedib inkişaf eləmiş ölkələrlə ciddi-ciddi futbol yarışı keçirək. Udanda ifrat sevinirik, udazanda dəhşətli depresiyaya düşürük. Səmimi deyim, bu vəziyyət məndə gülüş doğrur. Bir yandan da intellektual səviyyəsinə, dümyagörüşünə inandığım insanların belə həyəcanlı reaksiyası məni düşüncələrə qərq edir. Doğrudanmı mümkündür ki, cəmiyyətin əksər sahələrində çox ciddi probıemlər yaşadığımız halda, bir sahəni saqqız kimi dartıb uzatmaq bizə nə isə verəcək? Bu səviyyədə futbol azarkeşliyi o cəmiyyətlər üçündür ki, təməl problemlərini həll ediblər. Bizdə axı çox ciddi problemlər var. Afrika və Cənubi Amerika ölkələrini başa düşmək olar, futbol bir zamanlar onların azadlıq nidasına çevrilmişdi. Məsələn, Cənubi Afrika Respublikasında dünya çempionu keçirlən vaxt qaradərililərin hüquqlarına diqqət cəlb eləmək üçün vuvuzela çalırdılar. Məncə, futbolun bütün mahiyyəti bircə vuvuzela səsinə dəymir. Həmin çempionatın ən böyük dəyəri orda idi. Biz ilk növbədə tale yüklü məslələrə sərmayə qoymalıyıq. Onda futbolumuz da öz-özünə inkişaf edəcək və bir Şərif Ağayar çıxıb onu saqqal darağına bənzətməyəcək.
Əkrəm Əylislinin Azərbaycan sevgisi...
– Azərbaycan insanının başqa bir dərdi də var, ancaq mənə elə gəlir ki, bu dərd bir az da süni şəkildə yaradılıb. Bu, Əkrəm Əylislinin şəxsində xalq düşməni görməkdir. Əvvəla deyim ki, xalq düşməni ifadəsi ötən əsrin 30-cu illərində alternativ düşüncəni susdurmaq üçün repressiv hakimiyyətin əlində bir alət idi. Belə bir ifadə yoxdur. Xalq düşməni olmur. Bu çox mücərrəd anlayışdır. Dövlət eleyhinə cinayətlər var ki, bu da qanunlarla konkret şəkildə təsbit olunur. Dövlət əleyhinə cinayəti isə bir ədəbi əsərlə, təxəyyül məhsulu olan bir şeylə törətmək mümkün deyil.
Əkrəm Əylislinin ingilis jurnalist Tomas de Valla verdiyi müsahibə ötən həftə Londonda yayımlandı və müzkirə olundu. Tomas de Vall məşhur “Qarabağ” kitabının müəllifidir və sizə deyim, hadisələri çox obyektiv qələmə alıb. Orda Azərbaycan tərəfinin bu qarşıdurmadakı günahsızlığı açıq-aydın görünür. İndi isə sülh çağırışına qoşulur. Əkrəm müəllim onunla söhbətdə deyir ki, mən Azərbaycanı çox sevirəm və “Daş yuxular” əsərindən sonra bunu bir daha anladım, çünki xarici öplkələrdə mənə sığınacaq verdilər, lakin mən Azərbaycandan ayrılıb gedə bilmədim. Kimsə buna şübhə edə bilər, lakin mən Əkrəm Əylisinin bu sözlərinə qəti şübhə etmirəm. Hansısa dahinin sözüdür, deyir, yazıçnın inqilabi borcu onun peşəkarlığındadır. Əkrəm Əylisli öz sahəsinin peşəkarıdır və mən onu həmişə ədəbiyyata qarşı vicdanlı görmüşəm. Öz mənafeyi əleyhinə getsə də bir “falş” sözü irəli buraxdığını, təbliğ və ya təqdir etdiyini görməmişəm.
Bütün bunlarla yanaşı “Daş yuxular”ın peşəkarlıq baxımından məni qane etməyən tərəflərini də dilə gətirmək istəyirəm. Təsəvvür edin, o boyda qalmaqalda bu haqda heç kim danışmadı, yalnız sonralar bizim gənc yazar Cavid Ramazanov bu əsərə çox dəqiq qiymət verdi. Söhbət yazıçı diktəsindən gedir. Əkrəm müəllim oxucunun qənaətini arxa plana atıb, özünün qənaətini önə çıxarır. Bir yazıçı diktə edrisə ki, biz yaxşıyıq, erməni pisdir – peşəkarlığa sığmır və ya əksinə, deyirsə ki, erməni yaxşıdır, biz pisik, bu da onun kimi. Bu yanaşmaların prinsipal fərqi yoxdur. Hər ikisində yazıçı diktəsi var. Fikir plüarizmi, demokratiya, liberal dəyərlər bu gün təkcə müasir cəmiyyətlərdə deyil, həm də müasir mətnlərdə özünü göstərir. Yazıçı öz mətnində Tanrı kimi tərəfsiz olmalıdır.
Təbii, bütün bunlar peşəkar söhbətlərdir və yazıçını linç eləməyə, onun kitablarını yandırmağa əsas vermir. Bu məntiqlə fransızlar Gi de Mpassanı vətən xaini saymalıdırlar. Biz özümüz Axundovu, Mirzə Cəlili xalq düşməni hesab etməliyik. Hətta bir yazıçı iki xalqdan birini aşğılamaq məcburiyytində qalsa, etik baxımdan öz xalqını seçməldiir. Necə ağıllı valideyn problem çıxaran uşaqlarla söhbət edəndə öz övladını daha çox danlayır. Yazıçı da ərki öz xalqına etməlidir. İstedadlı bir yazıçımızın dünyada başqa bir xalqa qarşı çıxab faşist, irqçi kimi tanınarsa, bu bizə daha lox ziyanlıdır, nəinki hədəfə öz xalqını gətirsə.
Qələbədən sonra, sülhə doğru addımlar atıldığı bir vaxtda Əkrəm Ətylisliyə münasibət dəyişməlidir. Ən azı pasportunu özünə qaytarmalıdırlar. Bəlkə, adam gedib öz kəndində ölmək istəyir? Yaşlı insandır.
Elza Seyidcahanın şeir yazmaq dərdi...
– Elza Seyidcahan ədəbi mühitlə bağlı ən ciddi müzkirə olunan mövzulardan biridir. Ümumiyyətlə, Elza Seyidcahan dərdi var Azərbaycan vətəndaşının. Bu qədər problemin içində Elzanın şeir yazması və Yazıçılar Birliyinə üzv olması onun dərdinə çevrilib. Adamı təhqir edirlər, söyürlər. Neyləyir axı bu adam? Şeir yazır də. Bəyənmirsən, oxuma. Sən kiminsə yazmağına necə qadağa qoya bilərsən? Rəşid Mahmudov Anara sual ünvanlayıb: niyə üzv eləmisən onu AYB-yə? Anar da çox gözəl cavab verib: əcəb eləmişəm! Əla cavabdır. Mənim çox xoşuma gəldi. Doğrudan problem Anarın 40 il AYB sədri postunda oturması, kral kimi öz təbəələrinə ev paylaması deyil də, Elzanı Yazıçılar Birliyinə üzv götürməsidir? Yazıçılar Birliyində Rəşid Mahmudovun elə yerliləri var, Elza onlardan qat-qat istedadlıdır. Heç olmasa ritmi-ahəngi bilir, musiqini bilir. Bir də onun şeirlərində məna axtarmaq lazım deyil. O bir bəstəkardır və sözlərlə ritm oynadır, özü üçün ekperimentlər edir. Bu niyə ümummilli fəlakətə çevrilməldir? Anlaya bilmirəm. Necə ki, Azərbaycan insanının futbola ifrat azarkeşliyini anlaya bilirəm, necə ki, meyxanaya aludəliyini anlaya bilmirəm, necə ki, dərisi beş qəpiyə dəyməyən “manıs”lara on-on beş min verib toylarına aparmasını anlaya bilmirəm... Heç bir tale yüklü məsələ bizi Elza Seyidcahan qədər narahat eləmir.
Müştərisini 222 min manatla təhdid edən klinika...
– Daha bir təəssüf doğran gündəm. Bona Dea Klinikası “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı iddia qaldırıb. Səbəb də budur ki, Nigar xanım onların xidmətindən, ona qarşı diqqətsizlikdən öz profilində şikayətlənib. Sadəcə şikayət. Başqa heç nə. İndi Bona Dea kimi nəhəng bir komleks öz pasiyentinə qarşı məhkəmə iddiası qaldırıb və ondan 222 min manat təzminat tələb edir. Təzminatın miqdarından bilinir ki, burda məqsəd obyektivliyi təmin etmək deyil, o rəqəmi pasiyentə, daha çox da müştəriyə – çünki bizdə xəstələrə müştəri kimi baxırlar – qarşı bir təhdidə çevirməkdir. Biz səni udacağıq, qalacaqsan bu təzminatın altında. Onsuz da kitabla məşğul olan biri ömür boyu o qədər pul yığa bilmir. Məntiq nədir: şikayətlənə də bilməzsən! Öz feysbuk profilində belə... Əks halda problemi araşdırmalı, əgər deyilənlər doğrudursa, ki buna şəxsən mənim şübhəm yoxdur, ciddi tədbirlər görməli idilər. Axı bir narahatlıq olmasa insan belə bir şey yazmaz. Hansı adam uğurlu və rahat əməliyyatdan sonra gəlib ona şəfa verən klinikadan şikayətlənər, yaxud, əvvəldən belə bir məqsədi olubsa, bunun üçün öz sağlamlığını vasitəyə çevirər? Ümid edək ki, bu gülməli vəziyyət, bu biabırçı vıziyyət, bu xəcalətverici vəziyyət tezliklə aradan qalxacaq.
Kənan MM-in söyüşü və üzrü...
– Bizim gənc yazar Orxan Saffarı öz feysbuk profilində tanınmış sənət və ədəbiyyat adamları ilə bağlı mütəmadi tənqidi yazılar yazır. Şəxsən mən bu tənqidlərin çoxunu qəbul eləmirəm. Məncə, rəngləri çox tündləşdirir. Amma təhqirə yol verimir. Uzağı istehza və ya sərt istehza var. İnsanlar onun üstünə tökülürlər ki, sən niyə belə yazırsan. Orxanın nə yazmasından asılı olmayaraq alternativ fikrə o qədər ehtiyac var ki, şəxsən mən onu müdafiə edirəm. Volter necə deyirdi, səninlə razı deyiləm, amma fikrini rahat ifadə eləməyin üçün canımı verməyə hazıram. Söhbət bu məqamdan gedir. Söhbət heç olmasa gənc yazarlar içərisində bir-iki nəfərin özünü rahat ifadə edə bilməsindən gedir. Azərbaycanın sənət generalları var. Heç kim onları tənqid eləmir. Çünki çoxunun alt niyyətləri var, şəxsi maraqları var. Qoy bir insan da bunu eləsin də. Alternativ bir fikir olsun də. Rəsmi qurumlardan heç bir maneçilik yoxdur, lakin biz özümüz tökülüb o səsi boğmağa çalışırıq, Orxanı susdurmağa çalışırıq, onu özümüzə oxşatmağa çalşırıq. Və bu dalğa gəlir, bəzən də Kənan MM etdiyi kimi dəxlsiz bir münasibət ortaya çıxır. Düzdür, indi üzr istəyib və barışıblar, lakin bu məsələ ayrı-ayrı şəxslərlə bağlı deyil, ictimai bir bəladır. Fərqli bir rəng görəndə onun üstünə cummaq... İllah da Kənan MM kimi kontrolsuz bir TikTok qəhrəmanı ola. “Kurtlar vadisi” düşüncəsində, qara kurtkalı sərt azərbaycanlı... Halbuki 2000-ci illərin əvvəllərində bir neçə gənc rejissor çox yaxşı gəlirdilər. Sonrakı obyektiv vəziyyət onları klip və dayaz kommersiya filmlərinə yönəltdi. Bir nəsil də bu cür məhv oldu. Sonra Kənan aktyorluğa başladı və məlum oldu ki, onun bu sahədəki istedadı, Orxan haqlıdır, sıfırın altındadır. Əslində, bu sözləri ona öz sənət dostları, tetar və kino adamları deməlidirlər. Təəssüf ki, resissor kimi istedadlı saydığım Kənan MM-in indiyədək qazandığı ən böyük uğur TikTokda Nia ilə söhbətləri oldu. Mən Azərbaycan reallığının daha bir istedadlı gənci məhv etməsinə ürəkdən təəssüflənir və dərin hüznlə başsağlığı verirəm.