Ru
11:24 / 24 May 2025

Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Eye

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar