Ru
22:31 / 19 İyun 2025

Bir vaxtlar zibil idi, indi qızıldan baha: Kilosu 300 manat...

Bir vaxtlar zibil idi, indi qızıldan baha: Kilosu 300 manat...
Eye

Əvvəllər arıçılar üçün heç bir dəyəri olmayan və zibilə atılan arı çörəyi, bu gün həm faydalı, həm də baha məhsula çevrilib.

Bakupost.az xəbər verir ki, arılar çiçəklərdən və bitkilərdən topladıqları çiçək tozlarını (poleni) yuvalarına (kovanlarına) gətirir və bu tozları ağızlarından çıxan xüsusi təbii maye (enzim) ilə qarışdıraraq arı çörəyi adlanan yüksək qidalı məhsulu hazırlayırlar.

Bu məhsul sağlamlıq üçün olduqca faydalıdır.

Arıçılar bildirir ki, bir çay qaşığı arı çörəyi, tərkibində olan zülal baxımından təxminən 1 kiloqram ətə bərabərdir. Bu səbəbdən arı çörəyi həm pəhriz saxlayan şəxslər, həm də uşaqların fiziki inkişafı üçün tövsiyə olunur. Bəzi xəstəliklərə, məsələn, ağciyər problemləri, oynaq ağrıları, prostat kimi hallara qarşı faydalı olduğu deyilir. Hazırda arı çörəyinin 1 kiloqramı təxminən 3.000 türk lirəsi – yəni təxminən 300 manat dəyərində satılır.

25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki:

"Arı çörəyi əvvəllər zibilə atılırdı, amma son illərdə çox dəyərli bir məhsula çevrilib. İndi yerli arıçılar bu məhsulu özləri istehsal edir. Arılar çiçəklərdən topladıqları poleni yuvalarına gətirir, öz bədənlərində hazırladıqları təbii maye ilə qarışdıraraq bu güclü qidanı hazırlayırlar.

Tərkibində 22-dən çox amin turşusu var və zülalla olduqca zəngindir. Müxtəlif çiçəklərdən hazırlandığı üçün çox şəfalı bir məhsuldur". (Sonxeber.az)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar