Mingəçevirdə 13 yaşlı uşaq Qarabağ kanalında batıb.
Bakupost.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
Məlumata görə, 2011-ci il təvəllüdlü Sübhan Hüseyn oğlu Abdullayev suya düşərək batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.