Lənkəran rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəzada 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Qəzaya düşənlər sürücünün ailə üzvləri və yaxın qohumlarıdır, onlar Lerik rayonuna toy məclisinə gedirmiş.