Ru
18:21 / 05 Mart 2026

Biz bu İranı…

Biz bu İranı…
Eye

Çingiz Özgür

Biz bu İranı yaxşı tanıyırıq. Lap uşaqlıqdan, hələ orta məktəbin tarix dərslərindən tanıyırıq. Dünyaya hökmə etmək arzusunda olan, qan içməyə doymayan babaları Kirin başının Şahzadə Tomris tərəfindən kəsilib qan dolu tuluğa atıldığı vaxtları bilirik. “Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."- demişdi Tomris nənəmiz. Tarix boyu heç nəyə, ən çox da insan qanına doymayan İrandı!
 
Biz İranı yaxşı tanıyırıq, kitablardan oxumuşuq. Üç əsrə yaxındır ki, 30 milyondan çox qan qardaşımıza qarşı etdiklərini, bizi dilimizdən, milli kimliyimizdən məhrum etməyə çalışdıqlarını, can qardaşlarımızı əzdiklərini oxumuşuq. Üsyanlarımızı qanla yatırdıqlarını, Səttarxana, Xiyabaniyə, yüzlərlə Azərbaycan türkünə qarşı etdikləri xəyanətləri, şərəfsizlikləri oxumuşuq. Bizim qardaşlarımızı əsarətdə saxlayan İrandı!

Biz çox yaxşı tanıyırıq bu İranı. Uşaqlıq yaddaşımızdan, müstəqilliyimizin ilk illərində xain qonşularımızla, ermənilərlə savaşarkən tutduqları mövqe yaxşı yadımızdadır. Ermənilərin blokadada olan Naxçıvana qarşı hücumları zamanı heç bir dəstək verməməsi bir yana, yaralılarımıza kömək belə etməkdən boyun qaçırması dəfələrlə rəsmilərimiz tərəfindən ən üst səviyyədə deyilib, danışılıb. “Din qardaşı” dediyi adamları ən ağır günündə köməksiz, yardımsız qoyan İrandı!

Biz yaxşı tanıyırıq İranı. Televiziyadan, radiodan eşitmişik, qəzetlərdən oxumuşuq, gözümüzlə görmüşük. 2001-ci ildə Azərbaycan Xəzər dənizində öz tərəfimizdə təzə neft yataqlari aşkar edilərkən öz Kir babasının yolunu gedən Qasım Süleymaninin Azərbaycan gəmilərinə hədə qorxu gəlməsi, hətta atəş belə açılmasına əmr verməsi yaxşı yadımızdadı. Qardaş Türkiyənin suda baş verənlərə qarşı bizim özümüzü qoruma gücümüzü artqırmaqçün hərbi kater hədiyyə etməsindən sonra qasımlar da, sülaymanlar da, babaları Kir kimi yoxa çıxmışdılar. Sonra sudan qurtarıb havaya keçdilər. Təyyarələri hava sərhəddimizi keçməyə, göylərdə həyasızlıq etməyə başladılar. Bu dəfə də, yenə qardaş Türkiyə köməyə çatdı. 2001-ci il avqust ayında Azərbaycana səmalarında “F-16 şöləni” izlədi Bakının “Azadlıq” meydanına yığışan milyonlar . Türkiyə şahinlərinin səmada göstərdikləri şoulardan sonra “püstü-pələnglərini” yığışdırıb rədd olan İrandı!

İranı biz çox yaxşı tanıyırıq. Erməni işğalı altında olan dədə-baba torpaqlarımızdan evlərimizi- obalarımızı kərpic-kərpic söküb daşıyan İrandı. Bayraqlarında “Allah” yazısı, dövlətlərinin adında “İslam” sözü ola -ola, İslamın dayağı, Allahın evi adlandırılan məscidlərimizi dağıdan, viran qoyan ermənilərlə ağız-ağıza öpüşən İrandı. 44 günlük Zəfər savaşımızda Araz boyu hücumlarımıza mane olmaqçün rəsmən qarşımızı kəsən, torpaqlarımızı işğaldan azad etməyək deyə dəridən-qabıqdan çıxan İrandı…
 
Yaxşı tanıyırıq biz bu İranı. Zəfərimizi gözü götürməyən, Zəngəzur dəhlizimizə hər vəchlə mane olmağa çalışan, məcburiyyət altında torpaqlarından keçib gələn ana-bacılarımız, qardaşlarımız aşağılayan, incidən İrandı. Səfirliyimizə baltalı-silahlı hücum edib, terror törədən, iş başında olan mülki insanları güllələyən, sonunda da terror gizlətməkçün ən yüksək ağızlardan “arvadını axtarırdı” açıqlamasını verən nakişi İrandı…
 
Biz bu İranı bu gün bir daha yaxşı tanıdıq. Dünyanın heç bir ölkəsinin, heç bir liderinin etmədiyi jesti edən, əli öz xalqının, öz vətəndaşının qanına batan dini liderlərinə görə başsağlığı verən bir dövlətə qarşı növbəti şərəfsizliyini etdi. Ona qarşı aparılan hərbi proseslərə heç bir dəstək verməyən bir ölkədə, mülki insanların işlədiyi, uşaqların oxuduğu obyektləri bombaladı. İnsanları vahiməyə saldı, əhalini pərişan etdi.
 
Bu İran bu gün etdiyi hərəkətə əsrlərlə, illərlə yol gələn İrandı.Tarixin hansı dönəmini götürsən mütləq bir İran xəyanətinə, bir İran hayasızlığına, bir İran terroruna rast gələcəksən. Biz bu İranı yaxşı tanıyırıq, qaniçən, terrorçu, şərəfsiz, nakişi İrandı. Başını itirmiş, başıpozuq, böyüyü-kiçiyi bilinməyən İrandı.
 
Budəfəki terror üçün hansı hayasızlığı düşünüb, nə deyəcəklər görəsən. İndi kimin arvadı hara yoxa çıxıb? İndi bunlar keçməz, heç onda da keçmədi. Onda üzr istədiniz, bağışladıq, indi bir üzrlə çətin ki, düzələr.

İndi ağıllı olmaq, ağıllı davranmaq vaxtıdır. Özünə, hərəkətlərinə, dronlarına, lap belə arvadlarına sahib çıxmaq vaxtıdır. İndi təkcə üzr üzrə istəmək yox, hətta yalvarmaq vaxtıdır.

Əks halda- biz yaxşı bilirik bu İranı…

Şərhlər
  • Bəhi Güney-Quzey AzEY

    Qafqaz türkiyəsi, Osmanlının (son SSRİ Kremli kimi tam istefa əvəvizinə) iflasa təslimindən sonra doğma-qardaş xanlıqların birinin digəri ilə (yadellilərlə birgə belə?) ərazi savaşları bir neçə əsr (Urmidən-Aşağı Şəhrə qədər, Qızıl(taxıl)dan Həştərxan da daxil vahid (Azərbaycan şahlığının) ilinin bərpasına aman-şans verməyib? Məncə, vəzir MPV də Rus Kraliçası ilə həmin vahid elin vahid şahlıq, il və knyazlıq-quberniya kimi müttəfiqliyini təklif edib? Kraliça sonacan dinləyib, müsaid qəbul etsəydi, hələ də Rusiyaya kiçik paritet kimi ən azı siyasi-hərbi xidmət edən İran hər hansı etiraz-veto ifadə belə edə bilərdimi? Tam tərsinə yerli 90% türk əhalisinə qarşı digərlərinə qeyri-standart silah daşıma icazəsi də verilib? Türkiyədən *hay* kimi keçib, İranda, artıq anti-katolik Qreqorian qruplaşması kimi tanınmışlarda bir az çoxluq təşkil edən farslar da Çarlığın uzun-ağır misri qılıncı və beş-açılanlı dəniz süvarisi olmasaydı bəlkə, Fars şahlığı da eyni ittifaqda və ya şahlıqda olardılar. Tarixi gerçək necə olsa da, xüsusilə də guya daha qəti-hüquqi nizam riyakar Siyasəti bərqərar olandan bir sıra hakimiyyətlərin, xüsusən güclülərin azlıqlara, insanlığa qarşi texniki-hərbi zoru da bütün ədalət-norma həddlərini cinayətkarca keçib və keçməkdədir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar