Ru
23:24 / 19 May 2026

Bol yağışın dəhşətli səbəbi üzə çıxdı - İran görün nə edib...

Bol yağışın dəhşətli səbəbi üzə çıxdı -  İran görün nə edib...
Eye

Son aylar yağan intensiv yağışların əsas səbəbləri tam ifşa olunub və artıq sosial şəbəkələrdə bu ifşa davam etməkdədir.

Əsas səbəb - əlbəttə ki, İranın BƏƏ-də yerləşən və Amerikanın illər öncə tikdiyi sistemdir. Doğrudur, bunun adına bəzən sosial şəbəkələrdə çaşaraq “radar sistemi” deyirlər, ancaq bu, savadın o səviyyədə olmamasının nəticəsidir və hiss edilir ki, bu sözləri deyənlər Qum ali məktəblərini oxuyub, dərin elmi-ürfani biliklərə yiyələnməyiblər.

Bunun adı “radar” yox, “anti-rayaiş” sistemidir. Bu sözdəki “ra” qədim Misir allahı da ola bilər, “radar”ın birinci hecası da - o baxır, sən bu məsələyə hansı prizmadan yanaşırsan. “Yaiş” isə “yağış”dır, sadəcə, ingilislərdə “ğ” olmadığı üçün “yaiş” ediblər.

Əslində Amerika BƏƏ-də bu sistemi qurmaqla İranı quraqlıq içində batırıb-boğub məhv etmək istəyirdi. Ancaq bu proses bir az uzundərə olduğundan, 28 fevralda hücum etmək qərarına gəldilər və İran da ilk növbədə illərdir ona yaşamağa imkan verməyən, vaxtaşırı olaraq gündəmə gətirdiyi bu “anti-rayaiş” sistemini sıradan çıxartdı.

Yaddaşı güclü olan xalqımız xatırlayır ki, İran bu “anti-rayaiş” sisteminə zərbə endirəndən sonra, çox uzağa getməyək, Bakının özünü yağışlar cənginə aldı. İlk güclü yağışlar martın sonunda və aprelin əvvəlində oldu.

Buludlar xilas olandan sonra Suriyadan Dağıstana, canım sizə desin, Türküstana, Çinə, Vyetnama, Sakin okeandakı adalara qədər yayıldı.
Demək, ABŞ-ın o balacaca BƏƏ-də tikdiyi kiçicik “anti-rayaiş” görün nə yekəlikdə bir ərazilərə təsir edirmiş.

İran o sistemi təkbaşına vurmayıb, Çin və Rusiya ona kömək edib, bildiyiniz kimi, Pekin və Moskva Tehranın ən yaxın müttəfiqləridir axı.

Ancaq Putinlə Sinin məsləhəti olub ki, bu sistemi qəfildən vurmayın, yavaş-yavaş dağıdın. İranın komandirlərinə isə bu sözü çatdıran olmayıb, çünki 28 fevralda ABŞ-la İsrail İranın rəhbər şəxslərini aradan götürmüşdülər.

İran bu sistemi qəfildən və birdibli dağıtdığı üçün böyük bir ərazidə sistemsiz, aramsız, allahsız yağışlar başladı. Bunun elmi izahı olduqca dərindir və onu sadə dildə belə izah edək ki, illərdir buludları yığıb salmısan bir tövləyə, əl-ayağını da bağlamısan, qalıb naçar və qəfildən əl-ayağının kəndirini də açırsan, tövləni də raketlə dağıdırsan, bu illərdir yığılan bulud dəli inəyə dönüb, hara gəldi qaçır və nəyi var, tökür yerə...

Bir vacib sirri də açmaq məcburiyyətindəyik. 13 mayda Tramp getdi Pekinə, 3 gün orda qaldı, bu gün isə Rusiya rəhbəri Putin Çinə üz tutub. Siz elə bilirsiniz ki, bu, sıradan bir hadisələrdir? Əlbəttə ki, yox, hamısı o buludla bağlıdır.

Bunun dərin mistik-mənəvi tərəfi də var. Təsəvvür edin ki, ABŞ Yeziddir, BƏƏ-də qurub “anti-rayaiş” sistemini və imam-camaat qalıb susuz. İran əlbəttə ki, Kərbəla müsibətini 1400 ildir unutmayan müqtədir bir ölkə olaraq buludu xilas edib, hər yeri gölə döndərdi. İndi kimsə susuzdan yanıb-yaxılmır, hər yer indi sudur, göldür.

Bax, İran bu qədər böyük işə imza atmaqla, həm də Kərbəla müsibətinin qisasını almış kimi vardır.
Bu məqamda “bəs niyə ötən il də sel suları vardı, hətta Bakıda Sabunçu körpüsündə iki gənc həyatını itirdi” sualının cavabı da var.

Bu sualı vermək müşrüklükdür, buna baxmayaraq, mütləq cavablandırmalıyıq ki, bəzi şəkkaklar şübhəyə düşüb, haqdan qaçmasınlar.

Məsələ burasındadır ki, BƏƏ-dəki bulud İranın sayəsində vaxtaşırı olaraq qaçırdı və nəticədə elə yağışlar baş verirdi. Ancaq ABŞ İnterpolun xəttiylə buludu tutub BƏƏ-dəki sistemə salırdı.

Amma daha sala bilməyəcək, çünki sistemin özünü İran darmadağın edib...

Asena,
BakuPost


Şərhlər
  • Zadə

    Salam indiyə qədər sərh yazmamışam belə saytlarda .Amma cox iyrənc məqalə ilə rastlaşdım.cox qeyri peşəkar.bu saytı qara siyahıya atiram ki birdə qarşıma cıxmasın

  • Adil Həsənoğlu

    Bu şərhlərin içində bircəsini gördüm, o da kral kirin şərhidir

  • Hacıağa Dadaşov

    Bu cəfəngiyat oxuyanda "Sehirli Xalat" filmindəki xanın Rəşidə dediyi sözlər yadıma düşdü:əgər təlxəklərin yarışı keçirilsəydi, sən sarayımın baş təlxəyi olardın... "

  • Javid Kamallı

    Hələ ömrümdə belə savadsız məqalə oxumamışdım, guya nəsə yazmaq istəyibsən, amma, bütün əlinə ayağıma yaxıbsan... Söhbətə bax"sistemi yavaş-yavaş vurun", "buludları tutub saxlayıblar, onlar da hara gəldi yağmağa başlayıb" və s. Mən brlə dəyırsiz məqaləyə vaxt ayırdığım üçün özümdən üzr istəyirəm...

  • z xelilova

    Sen elə o savadasankı ay şakkal şakkal sözündə yazmısan ora.bi savad.Allahın senin damarından axan qandan xəbəri var yağışlar Allahslz yox sənin kimi caaqlar caqqalda səndən deyərlidi Allahın qatında belə yazı post yazıb paylaşır.İsrailin yalakası.

  • Alo alo

    Ozunuzu yagisdan quru cixartmaq ucun guhani amerika almaniyadan sonra indi de ereblerin ustune atin

  • Zeus

    Bir O Qalmışdı Ki Təbii Felaketi Onun Bunun Üzerine Atasız Burda Günahkar Varsa Eyer Yol Temir Tikintini Aparan Şirketdir Ve Harada Görünüb Ki Asfaltı Cekip Kanalizasya Sistemini Asfalt Cekildikten Sonra Tekrar Asfaltı Xedeleyerek Kesinti Qazıntı Ederek Kanalizasiya Cekilsin Ve Cekilen Kanalizasya Sistemlərinin De Düzgün Qaydada Cekilmediyi Aşikardır Ki Eyer Kanalizasya Sistemleri Düzgün Qaydada Cekilseydi Ve Orda İşlenen Borular Yeterince Böyük Olsaydı Ki Eyer Yağan Yağışlardan Şeherlerde Ve Şeher Etrafı Kentlerde Cay Yaranmazdı. Bunları Başqa İnsanların Üzerine Atmaqdansa İşleri Doğru Qaydada İdare Etmek Lazımdır..

  • Pərviz Mirzəyev

    Həə Diməli Yollara Ayrıla Milyon manatalrı Məmur Nazirlik yox, Xalq yeyirmiş! Ona gorə 2 vedrə yagiş yagan kimi ölkə suyun altinda qalir.

  • Ramin Usubov

    Asena sən çox səviyyəsiz insansan hələ bu yaşa qədər beıə səviyyəsiz savadsız məqalə oxumamışam gicin biri gic

  • kral Kir .

    Asena qalıb gülünc vəziyyətdə ki, mən bu millətə sarkazm dolu bir mətn yazmışam, amma görünür çoxu başa düşməyib.

  • Qəmli

    Bu qazet nə qədər səviyyəsiz bir yazını çap edib, demək ki, özünün də səviyyəsi o qədər imiş. Millətin bu qədər problemləri var, o nəyi işıqlandırır.

  • oba

    yəni bizim kanalizasiya sistemində gunah yox imiş, hamısını edən anti-rayaiş imiş, Avropa məhkəməsinə vermək lazımdı, anti-rayaiş duzəldən ölkələr bizim məmurlara təzminat ödəsin.

  • Meyxana Çayxana

    Tərəfkeşlik budur. Buna özünü inandıra bilməyin özü belə yüksək keyfiyyətli peyin tələb edir.

  • .Nizami Aliev

    интесив ягышлар - арды- арасы кесилмез ягышлар.

  • Numa

    Görəsən buludları hardakı bağlayıb saxlamışdılaraa ora bəs niyə yağmayəb. Əhd eləyib ki ancaq İrana yağacam ))))))

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar